Mədəniyyət naziri Əbülfəs Qarayev mükafatı Xalq artistinə təqdim edib
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müfaviq fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Azərbaycan Respublikasının yubiley medalı təltif edilib.
Bu barədə AYNAya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətiinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib.
Məlumata görə, sentyabrın 4-də Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev bu nüfuzlu mükafatı Xalq artisti, “Söhrət” və “Şərəf” ordenli, UNESKO-nun “Sülh artisti” Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Firəngiz Əlizadəyə tədqim edib.