Bessent Trampın xəbərdarlığını təkrarlayıb

Dünya

13.09.2025 - 12:26

“ABŞ-ın tarif təhdidlərini dəstəkləmək Ukraynadakı münaqişəni dayandırmağa kömək edəcək”

“ABŞ-ın Rusiyadan neft alan ölkələrə rüsum tətbiq etməsi ilə bağlı təhdidlərini dəstəkləmək Ukrayna münaqişəsinin nizamlanmasına kömək edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri  ABŞ-ın maliyyə naziri Skott Bessent G7 həmkarları ilə telefon danışığında deyib.

Bessent “G7 maliyyə nazirləri ilə telefon danışığı zamanı” ABŞ Prezidenti Donald Trampın xəbərdarlığını “təkrar edib”.

Bundan əvvəl ABŞ Prezidenti Moskvaya qarşı sanksiyaların ikinci mərhələsinin təşəbbüskarı olduğunu bildirib. O daha sonra qeyd edib ki, mümkün məhdudiyyətlər neft və bank sektorlarına təsir göstərəcək və tariflərin tətbiqini də əhatə edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş