“Telegram”ın qurucusu Pavel Durov Tiflisə gəlib

Dünya

26.06.2026 - 15:13

"Mən Pavel Durovu Tiflisdə qəbul edirəm və onu Gürcüstanın İT sektorunun investisiya potensialı ilə tanış edirəm”

“Telegram”ın qurucusu Pavel Durov Gürcüstanın paytaxtı Tiflisə gəlib. AYNA.AZ-ın "Novosti-Qruziya"ya istinadən məlumatına görə, hakim "Gürcü Arzusu – Demokratik Gürcüstan" Partiyasından olan parlament üzvü Vako Turnava onun sahibkarla birlikdə çəkdirdiyi şəklini paylaşıb.

Durovun səfəri ilə bağlı məlumat dünən Rusiyanın “Telegram” kanallarında yayılıb. Lakin onun Gürcüstana səfərinin məqsədi açıqlanmayıb.

37 yaşlı Turnava 2024-cü ildə siyasətə gəlməzdən əvvəl texnologiya sahibkarı kimi tanınırdı. Onun qurduğu şirkətlər elektron ödənişlər və “fintech” həlləri sahələrində fəaliyyət göstərir. Sosial media paylaşımlarına əsasən, "Gürcü Arzusu"nun baş katibi və Tiflis meri Kaxa Kaladze də Durovla görüşdə iştirak edib.

"Mən Pavel Durovu Tiflisdə qəbul edirəm və onu Gürcüstanın İT sektorunun investisiya potensialı ilə tanış edirəm", Turnava "Business Insider Georgia"ya bildirib.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Durovun səfərinin mahiyyəti ilə bağlı suala cavab olaraq, o ölkədə adi vətəndaş kimi olduğunu qeyd edib.

"Cənab Durov iş adamıdır. O rəsmi səfər edə bilməz. Biz istənilən uğurlu sahibkarın Gürcüstana səfərini alqışlayırıq", - deyə Kobaxidze bildirib.

Durovu "rus milyarderi" adlandıran müxalifət televiziya kanalı “TV Pirveli” onun səfərinin kriptovalyuta biznesi və "Rusiyadan qara pul axını" ilə əlaqəli olduğu iddiasını irəli sürüb. Bu iddia ilə bağlı heç bir dəlil təqdim edilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş