Azərbaycandan Ermənistana neft məhsulları partiyası yola salınıb

Xəbərlər

26.06.2026 - 12:43

971 ton Aİ-92 markalı avtomobil benzini və 467 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub.

AYNA.AZ xəbər verir ki, 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı iyunun 26-da Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş