Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb

Xəbərlər

26.06.2026 - 15:48

Əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı kişi saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat həyata keçirilib. AYNA.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı yaşlı Taleh Əmrahov saxlanılıb. Həmin şəxsdən ümumilikdə 26 kiloqram marixuana və 40 ədəd psixotrop tərkibli həb aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş