Yanğın zamanı xəsarət alan olmayıb
Almaniya paytaxtı Berlinin şimalında, Teqel aeroportunda anbarların yerləşdiyi məkanda yanğın baş verib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu barədə şəhərin yanğından mühafizə xidməti məlumat yayıb.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisənin səbəbləri məlum deyil.
Məlumata görə, bir neçə anbar yanıb. Əraziyə 110 yanğınsöndürən cəlb olunub. Polis əraziyə gedən yolları bağlayıb. Yanğının hələ də davam etdiyi qeyd olunub.