Bərdədə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb

Xəbərlər

12.02.2022 - 11:18

Həkimlər Klinikalar SEO Xidməti

Həmin şəxs müalicə aldığı ünvana geri qaytarılıb

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, rayon sakini N.Əzizovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və virusun yayılmasına şərait yaradıb.

Həmin şəxs polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb və müalicə aldığı ünvana geri qaytarılıb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş