Bərdədə 17 yaşlı qız zorla qaçırılıb, 4 nəfər tutulub

Xəbərlər

10.06.2022 - 20:41

Həkimlər Klinikalar SEO Xidməti

Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb

Bərdədə 17 yaşlı qız qaçırılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AYNA-ya bildirilib ki, iyun ayının 9-da axşam radələrində Bərdə rayonunun Darğalar kəndində yaşayan 2005-ci il təvəllüdlü yeniyetmə qızın öz istəyinə zidd olaraq evlənmək məqsədilə qaçırılması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılan O.Əzizov, R.Əzizov, E.Ələkbərov və İ.Əzizova barəsində Cinayət Məcəlləsinin 144.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş