Danışıqlar Kosovoda gərginliyin artması fonunda keçirilir
Serbiya Prezidenti Aleksandr Vuçiç və Rusiyanın Serbiyadakı səfiri Aleksandr Boçan-Xarçenko arasında danışıqlar Kosovoda vəziyyətin pisləşməsi fonunda Belqradda başlayıb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Danışıqlarda Serbiyanın xarici işlər naziri İvitsa Daçiçin də iştirak etdiyi bildirilir.
Qeyd edək ki, bundan əvvəl NATO-ya tabe olan Kosovo Qüvvələri (KFOR) bölgənin şimalında Kosovo polisinin əməliyyatında iştirak etməyə hazır olduğunu bəyan edib.
Vuçiç isə deyib ki, Kosovo polisi 3 serbi öldürüb, daha ikisi isə ağır yaralanıb.