Bələdiyyə sədri itkin düşüb

Dünya

09.07.2020 - 18:18

“Onun telefonu hazırda bağlıdır, 4-5 saat əvvəl evdən çıxıb”

 

Cənubi Koreyanın paytaxtı Seul Bələdiyyəsinin sədri Park Vonun yoxa çıxması ilə bağlı xəbərlər yayılıb. AYNA xəbər verir ki, bu barədə bələdiyyə sədrinin qızı polisə məlumat verib.

 

Seul polisi bələdiyyə sədrinin yerli vaxtla 17:17-də itkin düşdüyünü və yerini müəyyənləşdirmək üçün işə başlandığını açıqlayıb.

 

“Onun telefonu hazırda bağlıdır. 4-5 saat əvvəl evdən çıxıb”, - deyə Park Vonun qızı açıqlamasında bildirib.

 

Qeyd edək ki, Park Von 2011-ci ildən etibarən Seul Bələdiyyəsinin sədri vəzifəsini icra edir.

Müəllif: Ayna.az