Samir Dübəndi: “Bizim ölkə Yaxın Şərq, Asiya ölkələri üçün bir cənnətdir, amma Qərb ölkələrindən gələnlərin tələbləri başqadır”
Koronavirus böhranı ilə bağlı bir çox ölkə Cinlə müxtəlif sahələrdəki əməkdaşlığını dayandırıb. Ötən il Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycana qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb. Proqnozlara görə, həmin anlaşma çərçivəsində Azərbaycana 200 mindən çox çinli turistin gəlməsi gözlənilirdi. Təəssüf ki, Çində baş verən təhlükəli virusla bağlı yaxın vaxtlarda həmin turstlərin yolunu gözləməyə dəyməz.
Bizim mövzumuz isə tam olaraq bu məsələ deyil. Bizi daha çox düşündürən odur ki, Azərbaycan nə üçün daha çox Asiya və Yaxın Şərq ölkələrindən gələn turistləri qəbul etməyə meyllidir. Ya da sualı belə qoyaq: Biz niyə Avropa ölkələri, ABŞ kimi inkişaf etmiş, yüksək mədəni səviyyəyə malik ölkələrlə turistik əməkdaşlıqlardan “ehtiyat edirik?”
Bu və digər məqamlar ətrafında AYNA-nın suallarını DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi cavablandırıb:
- Biz əhalisi çox olan ölkələrə istiqamətlənmişik. Buna səbəb odur ki, bizim imkanlar və təklif etdiyimiz xidmətlər hələlik ərəb, çinli turistlərə uyğundur. Azərbaycan turizm sənayesi avropalı turustin tələblərini ödəyə bilmir. Çünki avropalı turust ərəbdən fərli olaraq yemək, içmək, yatmaqdan daha çox başqa şey gözləyir, avropalı gəzmək istəyir, mədəni-tarixi yerlər, məkanlarla tanış olmaq istəyir. Bir neçə ildir, ərəb turistlərini ölkəyə cəlbetmə kampaniyaları oldu, iki ölkə arasında səyahət şirkətlərinin işi nəticəsində xeyli Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı ölkəmizə gəldi. Turistlərin gəlişi qənaətbəxşdir, amma gələnlərin Azərbaycanı seks tirizmi məkanı kimi tanıtmaları təəssüf doğurur, hələ də bu vəziyyət davam edir. Müvafiq dövlət qurumlarının bu məsələ ilə bağlı ölçü götürmələri lazımdır, çünki bu, ölkəmizin nüfuzuna, turizm sənayesi adına ləkə gətirir.
Raminə Eyvazqızı
Pin up casino Pin-up casino giriş