Adja Lyabibin Cənubi Qafqaz turnesi 4 gün davam edəcək
Belçikanın xarici işlər naziri Adja Lyabib Ermənistana səfər edib. AYNA erməni mediasına istinadən bildirir ki, nazir erməni həmkarı Ararat Mirzoyanla təkbətək görüşüb, ardınca isə geniş tərkibdə görüş keçirilib.
Səfər zamanı o, Ermənistan Prezidenti Vaaqn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla da görüşəcək.
Lyabibin Cənubi Qafqaz turnesi 4 gün davam edəcək. Bu müddət ərzində o, Tbilisi və Bakıya da səfər edəcək.