Belarus Rusiyanın Ukraynaya qarşı müharibəsinə qoşulub
Belarus qoşunları Ukraynanın Çerniqov vilayətinə daxil olub. AYNA "Unian.net"ə istinadən bildirir ki, bu barədə Ukraynanın Xüsusi Rabitə və İnformasiya Mühafizəsi üzrə Dövlət Xidməti məlumat yayıb.
Məlumatı “Şimal” müdafiə qüvvələrinin regional idarəsinin nümayəndəsi Vitali Kirillov təsdiqləyib.
"Belarus müharibəyə qoşuldu. Belarus qoşunları Çerniqov vilayətinə daxil olub", - deyə o, qeyd edib.
Qeyd edək ki, Müdafiə Strategiyaları Mərkəzi məlumat vermişdi ki, Rusiya Silahlı Qüvvələrinin apardığı müharibədə Belarus Silahlı Qüvvələrinin iştirakı ilə bağlı qərar verəcəyi ehtimalı çox yüksəkdir.