Bayram günlərində 53 nəfər xilas edilib

Xəbərlər

01.04.2025 - 11:28

Həkimlər Klinikalar SEO Xidməti

501 yanğına çıxış olub

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb. AYNA.AZ xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Qeyd olunub ki, FHN  “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 501 yanğına çıxış, 40 köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 9-u azyaşlı olmaqla 53 nəfər xilas edilib, 28 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb, 11 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş