Baydendən Kiyevə çağırış: “Ukrayna ordusu onlara zərbə endirməlidir”

Dünya

30.10.2024 - 12:31

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti Şimali Koreya əsgərləri dövlət sərhədini keçəcəksə, zərbə endirilməli olduğunu bildirib

“Şimali Koreya əsgərləri dövlət sərhədini keçərsə, Ukrayna ordusu onlara zərbə endirməlidir”. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

Prezident Kiyevin Şimali Koreya əsgərlərinə zərbə endirməli olub-olmaması ilə bağlı suala cavabında deyib ki, “əgər onlar Ukrayna sərhədini keçsələr, bəli”.

Bayden həmçinin Şimali Koreya qoşunlarının Kursk bölgəsində olması ilə bağlı “narahat” olduğunu ifadə edib.

Müəllif: Ayna.az