Bayden Trampı üstələyir

Dünya

05.11.2020 - 11:27

Əgər Corciya ştatında respublikaçılar uduzarsa, Trampın seçki qərargahı səslərin yenidən sayılmasını tələb edəcək

 

ABŞ-da keçirilən prezident seçkilərində Demokrat Partiyanın namizədi Co Bayden hazırkı Prezident, Respublika Partiyasının namizədi Donald Trampı 50 seçici səsi ilə üstələyir. AYNA xarici mediaya istinadən bildirir ki, son məlumatına görə, Bayden 264, Tramp isə 214 səsə malikdir.

 

Əgər Corciya ştatında respublikaçılar uduzarsa, Trampın seçki qərargahı səslərin yenidən sayılmasını tələb edəcək.  Həmin ştatda bülletenlərin 98 faizi hesablanıb. Tramp seçicilərin 49,7 faizinin, Bayden 49,1 faizinin səsini toplayıb. Respublikaçılar burada əvvəlcə daha çox üstünlüyə malik idi.

 

Corciya ştatında qalibiyyət namizədin Prezident seçilməsi üçün zəruri olan 270 seçici səsindən 16-nı qazandıracaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş