Bayden Kabildə yeni terrorun proqnozunu verib

Dünya

29.08.2021 - 03:18

Həkimlər Klinikalar SEO Xidməti

Bayden: "Kabildə vəziyyət son dərəcə təhlükəli olaraq qalır"

 

ABŞ Prezidenti Co Bayden Amerika ordusundan yaxın 24-36 saat ərzində Kabil hava limanına terror hücumu olacağı ilə bağlı məlumat aldığını bəyan edib.

 

AYNA “RİA Novosti”yə istinadən xəbər verir ki, Bayden orduya şəxsi heyəti qorumaq üçün bütün tədbirləri görməyi əmr etdiyini deyib:

 

“Kabildə vəziyyət son dərəcə təhlükəli olaraq qalır. Hava limanıan terror hücumu təhlükəsi əvvəlki kimi yüksəkdir. Komandanlığımız bu hücumun 24-36 saat ərzində olacağını bildirir. Orduya şəxsi heyəti qorumaq üçün bütün tədbirləri görməyi əmr etdim. Onlar da bunun üçün lazım bütün resurslara və planlara malik olduqlarını bildirdilər. Ordumuz missiyalarını yerinə yetirməklə paralel olaraq, təhlükəsizlik tədbirləri də görürlər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş