Bayden Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqləyən yekun sənədi imzalayıb

Dünya

10.08.2022 - 03:34

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti: "Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək"

ABŞ Prezidenti Cozef Bayden Vaşinqtonun Finlandiya və İsveçin NATO-ya daxil olmasını təsdiq edən protokolları imzalayıb.

AYNA xəbər verir ki, imzalanma mərasimi Ağ Evin saytında yayımlanıb.

"Bu addım Avropanı və bütün dünyanı daha təhlükəsiz edəcək. Müttəfiqlərimizlə birlikdə görmək istədiyimiz gələcəyi formalaşdıracağıq ", - ABŞ prezidenti bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş