Bayden ABŞ-ın müharibə barədə xəbərdarlığını xatırlatdı: “Zelenski bunu eşitmədi”

Dünya

11.06.2022 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ Prezidenti: “Bilirəm, çoxları düşünürdü ki, mən bir qədər şişirdirəm”

ABŞ Prezidenti Co Bayden ölkəsinin kəşfiyyat orqanlarının Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəyə başlayacağı barədə əvvəlcədən məlumatlı olduğunu açıqlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə bayden Los-Ancelesdə keçirilən tədbir zamanı deyib.

Bayden deyib ki, ABŞ kəşfiyyatı Ukraynanı Rusiyanın işğalının qaçılmaz təhlükəsi barədə xəbərdar etməyə çalışıb: “İkinci Dünya müharibəsindən bəri belə bir şey baş verməmişdi. Bilirəm, çoxları düşünürdü ki, mən bir qədər şişirdirəm. Amma mən bilirdim ki, bizdə onun (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur) sərhəddən kənara çıxacağını təsdiqləyən məlumatlar var”.

“Buna heç bir şübhə yox idi, lakin Ukrayna Prezidenti Volodimir Zelenski də, bir çoxları da bunu eşitmədi”, - ABŞ lideri qeyd edib.

Xatırladaq ki, bundan əvvəl Zelenski, Ukraynanın kəşfiyyat və digər yüksək rütbəli məmurları bildiriblər ki, Ukrayna Rusiya Federasiyasının işğala hazırlaşdığını görüblər. Amma müharibənin belə genişmiqyaslı və cürətkar olacağı gözlənilməz olub.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov açıqlamasında bildirmişdi ki, Rusiyanın fevralın 24-də deyil, fevralın 22-də hücumu gözlənilirmiş: “Lakin təhlükəsizlik baxımından ukraynalılara dəqiq tarix barədə xəbərdarlıq etmək mümkün olmadı”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş