Hadisə nəticəsində ümumilikdə 6 nəfər ölüb
Batumidə binanın çökməsi nəticəsində ölənlərin 3-ü bir ailənin üzvüdür.
AYNA “Report”a istinadən xəbər verir ki, onlar ana və onun 2 azyaşlı övladıdır.
Dağıntılar altından ötən gecə çıxarılan 35 yaşlı qadın xəstəxanada dünyasını dəyişib. Çox ağır xəsarətlər alan qadının ürəyi 5 dəfə dayanıb. Onun azyaşlı qızı və oğlunun meyitləri bu gün səhər saatlarında dağıntılar arasında aşkarlanıb.
Qeyd edək ki, hadisə nəticəsində ümumilikdə 6 nəfər ölüb. Üç nəfərin axtarışları davam etdirilir.