Baş Qərargah: Ukrayna aviasiyası Rusiyanın mövqelərinə 9 zərbə endirib

Dünya

02.06.2023 - 08:34

Ukrayna aviasiyası gün ərzində Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi ərazilərə 9 zərbə endirib.

AYNA-nın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Müdafiəçilərimiz düşmənin “Lanset” tipli 2 zərbə PUA və “Orlan-10” tipli 1 kəşfiyyat PUA-sını məhv ediblər” – məlumatda bildirilir.

Müəllif: Ayna.az