Baş nazir: “Tramp ABŞ Prezidenti olsaqydı, Ukraynada müharibə baş verməzdi”

Dünya

17.01.2025 - 23:45

Həkimlər Klinikalar SEO Xidməti

“2020-ci ildə Qərb demokratiyasında saxtakarlıq olmasaydı, Donald Tramp Prezident olaraq qalacaqdı”

“Əgər Donald Tramp ABŞ Prezidenti olsaydı, o zaman Rusiya ilə Ukrayna arasında müharibə baş verməzdi”. AYNA xəbər verir ki, bu sözləri Macarıstanın Baş naziri Viktor Orban “Radio Kossuth”a müsahibəsində deyib.

Baş nazir ABŞ Prezidenti Co Baydenin prezidentlik dövrünü ABŞ və Macarıstan münasibətləri üçün çətin dövr kimi qiymətləndirib.

2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərinə toxunan Baş nazir vurğulayıb ki, Qərb demokratiyasında saxtakarlıq olmasaydı, Donald Tramp Prezident olaraq qalacaqdı: “Nəticədə bu gün Rusiya ilə Ukrayna arasında müharibə olmayacaqdı”.

Demokratlar və respublikaçılar arasındakı ideoloji fərqi vurğulayaraq, o qeyd edib: “Demokratlar qlobalistlər, respublikaçılar isə milli əsasdadırlar”.

Orban demokratların Corc Sorosla əlaqəli şəbəkələr vasitəsilə öz gündəmlərini həyata keçirdiklərini və bu təsirin Brüsseldə də dərin kök saldığını bildirib.

Eyni zamanda, Macarıstanın Orban Donald Trampın yeni prezidentliyi dövründə ABŞ ilə münasibətlərin gələcəyinə nikbin baxır və gözlənilən dəyişiklikləri “fantastik, möhtəşəm qızıl dövr” kimi xarakterizə edir.

Müəllif: Ayna.az