“Baş nazir: Mən Prezident Trampa başa salacam ki...”

Dünya

28.03.2025 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

Kanada ABŞ-ın rüsumlarla bağlı addımlarına cavab verməyə hazırdır

Kanadanın Baş naziri Mark Karni yaxın iki gün ərzində ABŞ Prezidenti Donald Trampla rüsumlarla bağlı telefon danışığı aparmağı planlaşdırır. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Karni mətbuat konfransında jurnalistlərə deyib ki, telefon danışığı “bir-iki gün sonra” baş tutacaq.

"Mən işçilərimizi necə qoruya biləcəyimizi və iqtisadiyyatımızı necə qura biləcəyimizi müzakirə etmək üçün bu fürsəti yüksək qiymətləndirirəm. Mən Prezident Trampa başa salacam ki, bu maraqlara ən yaxşı şəkildə əməkdaşlıq və qarşılıqlı hörmət, o cümlədən suverenliyimizə hörmət cavab verir ", - Kanadanın Baş naziri qeyd edib.

ABŞ tarifləri qüvvəyə minərsə, Ottavanın necə cavab verəcəyi ilə bağlı suala Karni belə cavab verib: "Bu, danışıqlardan asılıdır. Gələcəkdə nə edəcəyinizi söyləməyin mənası yoxdur. Kanadanın ABŞ-ın tariflər tətbiq etməsinə cavab olaraq ala biləcəyi tədbirləri var”.

Karni əlavə edib ki, o, Trampın amerikalı işçilərini dəstəkləmək istəyini başa düşür və ona hörmət edir, lakin Kanadanı zəiflətmək üçün hər hansı cəhdi rədd edir: "İqtisadiyyatlarımızın dərinləşməsinə, təhlükəsizlik və hərbi sahədə sıx əməkdaşlığa əsaslanan əvvəlki əlaqələrimiz başa çatıb".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş