Baş nazir: “Avropa İttifaqı Çinlə əlaqələrinə yenidən baxmalıdır”

Dünya

09.04.2025 - 13:02

Həkimlər Klinikalar SEO Xidməti

"Ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil, bu müharibədə heç kim qalib gəlmir”

“Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın açıqladığı rüsumlardan sonra Çinlə münasibətlərinə yenidən baxmalıdır”. AYNA.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, bu sözləri İspaniyanın Baş naziri Pedro Sançes deyib.

"Ticarət müharibəsi heç kimin maraqlarına uyğun deyil, bu müharibədə heç kim qalib gəlmir. Bütün ölkələr itirir, xüsusən də işçilər və orta sinif", - siyasətçi qeyd edib.

İspaniya Baş nazirinin fikrincə, ABŞ siyasəti Avropanı yeni tərəfdaşlar tapmaqda öz yanaşmasına yenidən baxmağa məcbur etməlidir. Sançes yeni reallıqlara uyğunlaşmağa çağırıb, o cümlədən Avropanın Çinə, eləcə də Çinin Avropaya qarşı mövqeyinin dəyişdirilməsinə səsləyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş