Baş katib: “Ukrayna müharibədə qalib gələ bilər”

Dünya

16.05.2022 - 09:53

Yens Stoltenberq Ukraynanın Rusiya üzərində qələbə şansını qiymətləndirib

NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya üzərində qələbə şanslarını dəyərləndirib. AYNA-nın “Reuters”ə istinadən məlumatına görə, Berlində NATO ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünün yekunları zamanı baş katib bildirib ki, Ukraynada təcavüzkar müharibə Rusiya tərəfinin planına uyğun getmir.

“Onlar Kiyevi ala bilmədilər. Onlar Xarkovdan geri çəkilirlər və onların Donbassdakı əsas hücumu dalana dirənib”, - deyə Stoltenberq vurğulayıb.

NATO rəsmisi hesab edir ki, Ukrayna müharibədə qalib gələ bilər: “Ukraynalılar vətənlərini cəsarətlə müdafiə edirlər".

Bundan əvvəl Y.Stoltenberq müharibənin uzanacağı ehtimalını irəli sürüb. Baş katib bu səbəbdən də Ukraynaya ağır silahların tədarükünü intensivləşdirməyə, eləcə də müharibənin başqa ölkələrə keçməməsi üçün hər şeyi etməyə çağırıb.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə