Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov olub
“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib. AYNA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov olub.
Bundan öncə Müşahidə Şurasının sədri iqtisadiyyat nazirinin müavini Elnur Əliyev olub.