“Bakmil” istiqamətində metro qatarlarının iş qrafiki dəyişdirilib

Xəbərlər

03.07.2022 - 20:16

Bakı Metropoliten QSC məlumat yayıb

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 4 iyul 2022-ci il tarixindən iş günləri ərzində “Bakmil” stansiyası və əksinə hərəkət edən qatarların cədvəlinə dəyişiklik edilib.

AYNA xəbər verir ki, bu barədə Bakı Metropoliten QSC məlumat yayıb.

“Bakmil”dən xəttə daxil olan və “Nəriman Nərimanov” stansiyasında xətdən çıxarılan qatarların hərəkət cədvəli ilə Bakı metropoliteninin rəsmi saytının müvafiq bölməsində (http://metro.gov.az/az/schedule) tanış ola bilərsiniz.

Yeni iş həftəsi ərzində digər dəyişikliklər barədə sərnişinlərə əlavə məlumatlar təqdim olunacaq.

Müəllif: Ayna.az