Əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsi yüksəldiləcək
Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib. AYNA-nın xəbərinə görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avto nəqliyyat vasitəsinin 16-sı artıq Bakıya gətirilib. Qalanları da ilin sonuna kimi gətiriləcək.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq.