Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər
Bakıda mərkəzi yolda hərəkət məhdudlaşdırılacaq. Bu barədə AYNA-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Qeyd edilib ki, yanvar ayının 9 və 10-da Ziya Bünyadov prospektinin Azadlıq prospekti ilə kəsişməsində yerləşən yol ötürücüsü üzərində, Koroğlu yol qovşağı istiqamətində aparılacaq təmir işləri ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Alternativ olaraq sürücülər prospektin yan yollarından istifadə edə bilərlər.