Bakının mərkəzi küçəsində avtobus zolağı nəzarətə götürülüb

Xəbərlər

27.10.2023 - 16:46

cedabet dərman SEO Xidməti

Hərəkətin tənzimlənməsində AYNA-ya Dövlət Yol Polisi əməkdaşları yardım edirlər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Zərifə Əliyeva küçəsində avtobus zolağı nəzarətə götürülüb. AYNA xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, adıçəkilən küçədə avtobus zolağı və dayanacaq şəhərkənarı istiqamətlərə sərnişindaşıma həyata keçirən taksilər tərəfindən zəbt edilmişdi.

Nəticədə avtobuslar sərnişin götürmək üçün dayanacağa daxil ola bilmir, sərnişinlər isə avtobusa minmək üçün hərəkət zolağına çıxmalı olurlar. Bu isə həm tıxac yaradır, həm də qrafikdə gecikmələrə səbəb olur.

Çoxsaylı müraciətləri nəzərə alaraq AYNA əməkdaşları Zərifə Əliyeva küçəsini nəzarətə götürüblər və hərəkətin tənzimlənməsində onlara Dövlət Yol Polisi əməkdaşları yardım edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş