Bakıda temperatur iqlim normasından altı dərəcə yuxarı olub

Xəbərlər

13.08.2023 - 11:05

cedabet dərman SEO Xidməti

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, avqustun 13-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Avqustun 12-də Bakıda temperatur iqlim normasından altı dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 40 dərəcəyədək, dağlıq rayonlarda 34 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqustun 17-dək davam edəcəyi gözlənilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş