Bakıda sıxlıq olan yolların SİYAHISI

Xəbərlər

15.05.2025 - 09:02

Həkimlər Klinikalar SEO Xidməti

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb. AYNA.AZ xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Mərkəzə istinadən hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edirik:

  1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
  2. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
  3. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Akademik Həsən Əliyev küçəsi istiqamətində;
  4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
  5. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;
  6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
  7. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;
  8. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
  9. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində;
  10. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
  11. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində.
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş