Binəqədi ərazisində 1 avtomat silahı və 5 ədəd patron tapılıb
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Binəqədi rayonu ərazisində 1 avtomat silahı və 5 ədəd patron tapılıb. Araşdırma aparılır.