Bakıda sexdə yanğın söndürülüb: xəsarət alanlar var 

Hadisə

26.05.2022 - 16:57

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb

Bakı şəhərinin Nərimanov rayonu ərazisində - metronun “Ulduz” stansiyasının yaxınlığında yerləşən plastmas istehsalı sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən söndürülüb.

FHN-dən AYNA-ya verilən məlumata görə, yanğının mürəkkəbliyinə, əhatə dairəsinin sürətlə genişlənmə riskinə baxmayaraq, yanğınsöndürmə qüvvələrinin əlaqəli və effektiv tətbiqi, yanğınsöndürənlərin peşəkarlığı sayəsində alovun geniş sahəyə yayılmasına imkan verilməyib. 

Yanğın nəticəsində ümumi sahəsi təxminən 28000kv.m olan sex və anbarın ilkin hesablamaya əsasən 900-1000kv.m hissəsi yanıb. Obyektin böyük hissəsi yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 2 nəfər əməkdaşı yüngül xəsarət alıb.

Müəllif: Ayna.az