Bakıda qəza: "Zil” marşrut avtobusunu vurub

Hadisə

27.06.2022 - 19:47

Avtobusa zərər dəysə də, xəsarət alan olmayıb

Bu gün saat 15:30 radələrində Binə qəsəbəsi Sovxoz yaşayış sahəsində karyer daşı ilə yüklənmiş “Zil” markalı avtomobil “Çinar-Trans” MMC-nin istismarında olan 160 nömrəli marşrut xətti üzrə 99JK422 DQN-lı avtobusu vurub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) AYNA-ya verilən məlumata görə, qəza avtobus sonuncu dayanacaq məntəqəsində gözləyən vaxt baş verib. 

Hadisə zamanı avtobusa zərər dəysə də, xəsarət alan olmayıb.

Müəllif: Ayna.az