Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib

Hadisə

13.02.2022 - 15:14

Həkimlər Klinikalar SEO Xidməti

Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı bıçaqlamışdı

Bakıda polis əməkdaşlarının bıçaqlanmasında şübhəli bilinən şəxs zərərsizləşdirilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, axtarılan Aydın Babayevin Səbail rayonu ərazisində gizləndiyi yer müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o silahlı müqavimət göstərib. Polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri nəticəsində silahlı müqavimət göstərən şəxs zərəsizləşdirilib.

Hadisə yerindən A.Babayevə məxsus tapança aşkar edilərək götürülüb.

Qeyd edək ki, Aydın Babayev ötən gün tanışı Məlahət Şükürovanı bıçaqlayıb. Hadisə yerinə gələn Çevik Polis Alayının hər iki əməkdaşına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi başlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş