Bakıda partlayışda xəsarət alan 16 nəfərin müalicəsi davam edir

Xəbərlər

04.04.2022 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanın səhiyyə qurumları birgə məlumat yayıblar

Bakının Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan 16 nəfərin xəstəxanada müalicəsi davam edir. Onlardan 13-ü dövlət tibb müəssəsindədir.

AYNA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında deyilir.

Reanimasiya şöbəsində müalicə alan 7 nəfərdən 3-nün vəziyyəti kritikdir. Stasionarda müalicə alan digər 5 nəfərin vəziyyəti stabil ağır, 4-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Baş vermiş partlayış zamanı ümumilikdə 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 1 nəfər vəfat edib.

Qeyd edək ki, tibb mütəxəssisləri yaralıların ailələri ilə mütəmadi əlaqə saxlayaraq onları yaxınlarının sağlamlıq durumu barədə məlumatlandırırlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş