Bakıda ödəmə terminalından pul oğurlanıb

Hadisə

23.06.2022 - 13:44

Oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar

Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qala qəsəbəsində yerləşən marketlərin birində quraşdırılmış “E-Manat” ödəmə terminalından 1000 manat məbləğində pul, digər mağazadan isə 211 manat məbləğində pul, 1289 manat dəyərində tütün məmulatı, alışqan və ətir oğurlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri İ.Mirzəyev və əvvəllər məhkum olunmuş F.Sədullayev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə