Bakıda marşrut xətti müsabiqəyə çıxarılıb

Xəbərlər

08.12.2023 - 14:31

Təkliflərə gələn il yanvarın 23-də baxılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır. AYNA xəbər verir ki, bu barədə Agentlikdən bildirilib.

Qeyd olunub ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun keçiriləcək.

Sənədlər 6 yanvar 2024-cü il saat 17:00-a qədər agentlikdə (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov - tel.: (012) 567-99-76, (050) 855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək. Qurum iştirakçılardan sənədlərini təqdim edərkən yanvar ayında bayram günlərini nəzərə almalarını xahiş edib. Təkliflərə yanvarın 23-də baxılacaq.

Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

Müəllif: Ayna.az