Bakıda liftdə qalan 2 nəfər xilas edilib

Hadisə

08.03.2021 - 11:57

Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

 

Bakıda liftdə köməksiz vəziyyətdə qalan iki nəfər xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) AYNA-ya bildirilib ki, ötən sutka ərzində nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Səbail rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

 

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az