Binanın qalan hissəsi yanğından mühafizə olunub
Bakıda dördmərtəbəli inzibati binada yanğın olub, 50 nəfər təxliyə edilib.
Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Qaradağ rayonunda dördmərtəbəli inzibati binanın 1-ci mərtəbəsində taxta konstruksiyalardan ibarət otaqlar 200 m² sahədə və 2-ci mərtəbəsində 1 ədəd taxtadan ibarət pəncərə çərçivəsi yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 50 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.