Bakıda iki nəfər köməksiz vəziyyətdə qalıb

Hadisə

24.03.2020 - 11:21

Hadisə yerlərinə FHN əməkdaşları cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 1-i azyaşlı olmaqla 2 nəfərin liftdən çıxarılması təmin edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş