Bakıda heroinin təsiri altında taksi sürən şəxs tutulub

Xəbərlər

01.09.2022 - 18:03

Həkimlər Klinikalar SEO Xidməti

Sürücü barəsində protokol tərtib olunub

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Yeni Günəşli qəsəbəsində Qadir Dadaşov idarə etdiyi “Kia” markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə olan heroin qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın nəticəsində Qadir Dadaşovun sükan arxasında narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib.

Sürücü barəsində protokol tərtib olunub. Qadir Dadaşovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş