Bakıda havada dəm qazının miqdarı normadan yüksək olub

Xəbərlər

27.05.2023 - 02:50

Müşahidə olunan toz transsərhəd xarakterlidir

Gün ərzində Bakı şəhəri üzrə havada dəm qazının miqdarı normadan 1,7, dispers toz hissəciklərinin miqdarı 1,2, kükürd qazı 1,1, azot-4 oksidin miqdarı isə Gəncə şəhərində 1,3 dəfə yüksək olub. AYNA xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, müşahidə olunan toz transsərhəd xarakterlidir. Dəm qazı, kükürd qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.

Müəllif: Ayna.az