Bakıda partlayışda yaralananların son vəziyyəti açıqlanıb

Xəbərlər

04.04.2022 - 20:48

Həkimlər Klinikalar SEO Xidməti

Hazırda tibb müəssisələrində ümumilikdə 15 nəfər müalicə alır

Səbail rayonu ərazisində yerləşən obyektdə baş verən partlayış zamanı xəsarət alaraq TƏBİB-in tabeliyindəki tibb müəssisələrində stasionarda müalicə alan daha 1 nəfər xəstə ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə AYNA-ya TƏBİB-dən məlumat verilib.

Qeyd olunub ki, bu gün ümumilikdə ambulator müalicə üçün 3 nəfər evə göndərilib.

"Hazırda tibb müəssisələrində ümumilikdə 15 nəfər müalicə alır. Onlardan 12-si TƏBİB-in tabeliyindəki tibb müəssisələrindədir. Xəsarət alan şəxslərdən reanimasiyada olan 7 nəfərdən 3-nün vəziyyəti kritik ağır, stasionarda müalicə alan 5 nəfərin vəziyyəti stabil ağır, 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir" - məlumatda bildirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş