Bakıda dörd məktəbdə əyani tədris bərpa edilib

Xəbərlər

10.02.2022 - 11:14

Həkimlər Klinikalar SEO Xidməti

26, 177, 212 və 274 nömrəli məktəblərdə karantin müddəti başa çatıb

Bakıdakı 26, 177, 212 və 274 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AYNA-ya bildirilib ki, adıçəkilən məktəblərin müəllim-şagird kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş