Bakıda deformasiyaya uğramış yol örtükləri yenilənib

Xəbərlər

09.03.2022 - 17:53

Həkimlər Klinikalar SEO Xidməti

Təmir işləri qeyri-iş günləri yerinə yetirilib

Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi və Binəqədi rayonu, Cəfər Xəndan küçəsinin bir hissəsində təmir işləri icra olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya bildirilib ki, təmir işləri zamanı deformasiyaya uğramış yol örtüyünün üst qatı qaşınaraq kənarlaşdırılıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib.

Əbdürrəhim bəy Haqverdiyev küçəsinin 1800 kvadratmetr sahəsində, Cəfər Xəndan küçəsinin isə 600 kvadratmetr sahəsində təmir işləri aparılıb.

Təmir işləri hərəkət intensivliyi nəzərə alınaraq qeyri-iş günləri yerinə yetirilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş