Bakıda daha bir məktəb koronavirus səbəbindən bağlandı

Aktual

22.10.2021 - 14:25

Həkimlər Klinikalar SEO Xidməti

124 nömrəli tam orta məktəb distant tədrisə keçib

Paytaxtdakı 124 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bu barədə AYNA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 124 nömrəli tam orta məktəbin 4 şagirdi və 9 müəlliminin COVID-19 infeksiyasına yoluxması təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında 124 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş