Erməni generaldan etiraf: “Bu, bizim üçün çox acı bir həqiqətdir”

Aktual

11.11.2020 - 13:19

Onik Qasparyan: “Rədd cavabı geri dönməz nəticələrə gətirib çıxara bilərdi”

 

“Qarabağla bağlı qərar son dərəcə zərurətdən irəli gəldi”. AYNA düşmən ölkə mətbuatına istinadən bildirir ki, bu sözləri Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Onik Qasparyan deyib.

 

Qasparyan bildirib ki, Baş nazir Nikol Paşinyan vəziyyətin çoxyönlü və çoxtərəfli qiymətləndirilməsindən sonra qərarı imzalamağa razı olub.

 

“Bu qərar mütləq bir zərurət idi. Rədd cavabı geri dönməz nəticələrə gətirib çıxara bilərdi. Bu, açıq şəkildə qəbul edilməli və başa düşülməlidir. Düşünürəm ki, hər hansı bir fərziyyədən asılı olmayaraq qərar düzgündür. Bu, bizim üçün çox acı bir həqiqətdir. Amma vəziyyətin obyektiv qiymətləndirilməsinin nəticəsi idi ki, belə qərar verildi”, - deyə Ermənistan ordusunun rəsmisi söyləyib.

 

Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentləri və Ermənistanın Baş naziri noyabrın 10-da Qarabağda atəşkəs haqqında bəyanat imzaladılar. Eyni zamanda işğalçı Ermənistan silahlılarının Qarabağdan çıxarılması, Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi qərarı verildi. Bu, Ermənistanda etirazla qarşılanıb.

Müəllif: Ayna.az