Yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb
Bakının Xətai rayonunda ev yanıb. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, rayonun Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan iki otaqlı mənzilin bir otağında ev əşyaları yanıb.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.